Mayın 24-də Gürcüstanın Batumi şəhərində qadın şahmatçılar arasında şəxsi Avropa çempionatına start veriləcək.


Rekord.az xəbər verir ki, qitə çempionatında Azərbaycan 12 şahmatçıyla təmsil olunacaq. 


Avropa çempionatında iştirak etmək üçün Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Ayan Allahverdiyeva, Türkan Məmmədyarova, Səbinə İbrahimova, Zeynəb Məmmədyarova, Məryəm Ağaverdiyeva, Mələk İsmayıl, Lalə Hüseynova və Nərmin Abdinova Batumiyə yollanacaq. 


11 turdan ibarət Avropa çempionatı iyunun 6-da yekunlaşacaq. Turnirin ümumi mükafat fondu 60 min avroya bərabərdi.