Ayxan Abbasov onunla işləmək istəmədi
- 11:00
- 107
Milli komandaya baş məşqçi təyin olunan Ayxan Abbasov korpusunda da dəyişiklik edib.
Rekord.az xəbər verir ki, dəyişiklik tək məşqçilərlə yekunlaşmayıb.
Belə ki, əsas milli komandanın inzibatçısı Ramin Həsənov da işindən ayrılıb. Abbasov Santuşin komandasından qalan Həsənovla işləmək istəməyib. Əsas komandadan ayrılmasına baxmayaraq Həsənov işsiz qalmayıb və ona aşağı yaş qruplarından ibarət millilərdə eyni işi görmək tapşırılıb.