“Ayın qolu” layihəsində dekabrın qalibləri müəyyənləşdi
- 09 Yan 2026 19:20
- 50
"Ayın qolu" layihəsində dekabrın qalibləri müəyyənləşib.
Rekord.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Misli Premyer Liqasında ən yaxşı qolun müəllifi "Kəpəz"in yaponiyalı legioneri Ryonosuke Ohori olub.
1-ci Liqada Ruslan Voronsov ("Şahdağ Qusar"), 2-ci Liqada isə Ramin Məhərrəmovun ("Quba") qolları ən yaxşı seçilib.