Polşada keçiriləcək üçüncü Avropa Oyunlarının medalları təqdim edilib.

Rekord.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb.

Medallarda Polşa tarixində mühüm yer tutan qartal simvolu əks olunub. O, idman dəyərlərini özündə birləşdirən gücü, ümidi, liderliyi, qələbəni, ilham və cəsarəti ifadə edir.

Xatırladaq ki, Avropa Oyunları bu il iyunun 21-dən iyulun 2-dək təşkil olunacaq.