
Avropa Kubokunda Azərbaycanı 38 cüdoçu təmsil edəcək
- 18:20
- 45
3-4 mayda Türkiyənin İstanbul şəhərində gənclər arasında Avropa Kuboku keçiriləcək.
Rekord.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda Azərbaycan ümumilikdə X çəki dərəcəsində 38 cüdoçu (28 oğlan, 10 qız) ilə təmsil olunacaq.
Cüdoçulara kişilərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov, gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçi Elxan Rəcəbli, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdullatif, böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.
Turnirdə 30 ölkədən 529 idmançı (355 oğlan, 174 qız) iştirak edəcək.