Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Bakıda keçirilən Avropa Cüdo Ümidləri turniri başa çatıb.


Rekord.az xəbər verir ki, Azərbaycanda ilk dəfə təşkil olunan beynəlxalq yarışın sonuncu günündə daha 16 çəki dərəcəsində mükafatçılar müəyyənləşib.


U-13 və U-15 yaş kateqoriyalarında keçirilən ikigünlük yarışda 12 ölkəni təmsil edən 88 klubun 436 idmançısı (364 oğlan, 72 qız) mübarizə aparıb.


Abşeron Olimpiya İdman Kompleksində keçirilən turnir çərçivəsində Avropa çempionu, dünya çempionatının gümüş medalçısı serbiyalı Aleksandar Kukoly və yaponiyalı Kodokan mütəxəssisi, dünya çempionatının mükafatçısı Kazuhiko Tokunonun rəhbərliyi ilə texniki sessiyalar da baş tutub.


Sonuncu yarış gününün mükafatçılarını təqdim edirik:


U-13

Oğlanlar

30 kq

1. Mehdi Əlişov

2. Yunis Məmmədli

3. Bəhman Xəlilov

3. Nihad Mustafayev


34 kq

1. Ramal Məmmədov

2. Hacımurad Mustafazadə

3. Zadir Rzalı

3. Firudin Şərifzadə


38 kq

1. Yusif Səmədzadə

2. Rahib İbadov

3. Hüseyn Nağıyev

3. Əli Əliyev


42 kq

1. Əli Qurbanlı

2. Fəxrim Məhərrəmov

3. Sənan Mirzəzadə

3. Mikayıl Xələfov


Qızlar

32 kq

1. Gülay Ağayeva

2. Aliyə Qulubəyova


36 kq

1. Mehparə Həsrətzadə

2. Gülşən İmanova

3. Ayan Əliyeva


40 kq

1. Nərgiz Fərzəliyeva

2. Ayla Məmmədli

3. Zeynəb İsgəndərli

3. Aydan Şahbazova


U-15

Oğlanlar

55 kq

1. Rəhim Əliyev

2. Büsat Şahmurov

3. Yusif Qurbanov

3. Ayxan Abbaszadə


60 kq

1. Fərhad Quliyev

2. Murad Nəzərzadə

3. Nuru Sadıqzadə

3. Aqşin Bayramov


66 kq

1. Hüseyn Hüseynov

2. Moritz Şmidt (Almaniya)

3. İman Mösümov

3. Araz Vəliyev


73 kq

1. Məhəmmədəli Mehdi

2. Tuncay Ağazadə

3. Davud Bayramov

3. Əli Qulamlı


+73 kq

1. Arian Markoviç (Xorvatiya)

2. Camal Bünyatov

3. Sabir Bərxudarlı

3. Baxış Əhmədov


Qızlar

57 kq

1. Zöhrə Ağazadə

2. Əfsanə Salmanlı

3. Arzu İmanzadə


63 kq

1. Türkan Məmmədli

2. Əsnat Mehdiyeva

3. Zümrüd Əliyeva

3. Qönçə Məmmədli


70 kq

1. Aidə Manaflı

2. Əsnad İlyasov


+70 kq

1. Aisə Jestikina