Qadın voleybolçular arasında Avropa çempionatında növbəti oyun keçirilib. "Rekord.az" xəbər verir ki, Bakıda təşkil olunan yarışın ikinci günündə ilk olaraq meydana Belçika və İspaniya komandaları çıxıblar. 

Milli Gimnastika Arenasında baş tutan görüş gərginliyi ilə yadda qalıb. 5 hissə davam edən matçda Belçika 3:2 hesabı ilə qələbə qazanıb.

Avropa çempionatı

22 avqust 

C qrupu 

   Belçika - İspaniya 3:2