
Asiya Kubokunda Azərbaycanı dörd cüdoçu təmsil edəcək
- 02 İyl 2025 18:00
- 40
İyulun 3-4-də Qazaxıstanın Almatı şəhərində keçiriləcək yeniyetmələr arasında Asiya Kubokunda Azərbaycanı dörd cüdoçu təmsil edəcək.
Rekord.az xəbər verir ki, qızlardan Fatimə Abdullayeva (44 kq), Könül Eyvazlı (52 kq), oğlanlardan Nicat Şıxızadə (60 kq) və İlkin Qarayev (66 kq) tatamiyə çıxacaqlar.
Onlar ACF prezidentinin müşaviri Natiq Bağırovun rəhbərliyi altında yarışa qatılacaqlar.
Qeyd edək ki, turnirdə 10 ölkədən 459 idmançı qüvvəsini sınayacaq.