Asim Xudiyev Konfrans Liqası oyununda
- 18:20
- 36
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.
Rekord.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində noyabrın 6-da keçiriləcək “Şkendiya” (Şimali Makedoniya) – “Yagelloniya” (Polşa) görüşünün hakim-inspektoru olacaq.
Qarşılaşma Skopye şəhərində “Todor Proeski” adına milli stadionda baş tutacaq.