PFL və “Avrora Qrup” arasında əməkdaşlıq müqaviləsi imzalanıb 🤝 Mühüm tədbirdə PFL prezidenti Elxan Səmədov, “Avrora Qrup”un prezidenti Ceyhun Abbasov, baş icraçı direktoru İlham Marufov, PFL-in media və marketinq direktoru Sənan Abdullayev, hər iki qurumun rəsmiləri, futbol ictimaiyyəti, media nümayəndələri iştirak ediblər.


Anlaşmaya əsasən, “Bizon” brendi Azərbaycan Kubokunun rəsmi titul sponsoru olacaq. Yarış bundan sonra “Bizon Azərbaycan Kuboku” adı ilə keçiriləcək.