“Arsenal” İngiltərə Premyer Liqasında qələbə sayına görə ikinci klub oldu
- 17:20
- 34
"Arsenal" İngiltərə Premyer Liqasında qələbə sayına görə ikinci klub olub.
Rekord.az xarici KİV-ə istinadən xəbər verir ki, London təmsilçisi bunu çempionatın IX turunda "Kristal Pelas"la görüşdə reallaşdırıb.
Qarşılaşma "Arsenal"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu, komandanın 700-cü qələbəsi olub. Paytaxt klubu bu göstəricidə yalnız "Mançester Yunayted"dən (760 qələbə) geri qalır.
Artetanın baş məşqçisi olduğu kollektiv hazırda 22 xalla turnir cədvəlinə başçılıq edir.