“Araz-Naxçıvan”dan darmadağın
- 10 Yan 2026 18:30
- 52
Hazırlıq prosesini davam etdirən "Araz-Naxçıvan" komandası yoxlama oyununda 7 qol vurub.
Rekord.az xəbər verir ki, Naxçıvan təmsilçisinin əsas komandası əvəzedici heyətlə qarşılaşıb.
Görüş əsas komandanın 7:0 hesablı qələbəsi ilə başa çatıb.
Qolları Ba-Muaka Simakala, Coşqun Diniyev, Hamidu Keyta, Ülvi İsgəndərov, Slavik Alxasov, Ramon Maçado və Bar Kohen əvəzedicilərin qapısından keçiriblər.