AMADA Azərbaycan və ABŞ idmançılarını dopinqə görə cəzalandırdı
- 07 Yan 2026 17:20
- 56
AMADA Azərbaycan və ABŞ idmançılarını dopinqə görə cəzalandırıb.
Bu barədə Rekord.az-a agentlikdən məlumat verilib.
Atıcı Rəna Ələsgərova və qol güləşçisi, ABŞ-dən olan Timoti Lyuis 3 illik diskvalifikasiya olunublar.
Hər iki idmançının nümunəsində qadağan olunmuş maddə və ya onun metabolit və ya markerlərinin mövcudluğu aşkarlanıb.
R.Ələsgərovanın sanksiya müddəti 2025-ci il iyunun 7-dən 2028-ci il iyunun 7-nə qədərdir. Amerikalı qol güləşçisinin cəzası isə ötən il dekabrından 12-dən qüvvəyə minib. Sanksiya 2028-ci il dekabrın 12-də başa çatacaq.