Azərbaycanın altı cüdoçusu Qazaxıstanın paytaxtı Astanada keçirilən "Böyük Dəbilqə" turnirində bu gün mübarizəyə başlayır.


Rekord.az xəbər verir ki, yarışın ilk günündə Rəşad Yelkiyev, Turan Bayramov (hər ikisi 66 kq), Şəfəq Həmidova, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Leyla Əliyeva (hər ikisi 52 kq) tatamiyə çıxacaqlar.


Təsnifat mərhələsi saat 10:00-da, final bloku isə 16:00-da start götürəcək.


Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan 7 çəki dərəcəsində 11 cüdoçu ilə (6 kişi, 5 qadın) təmsil olunur. Turnirdə 36 ölkədən 295 idmançı mübarizə aparır.


Kişilər


66 kq, 1/16 final


Rəşad Yelkiyev – Hyonu An (Koreya)


Turan Bayramov – Matteo Piras (İtaliya)


Qadınlar


48 kq, 1/16 final


Şəfəq Həmidova – Aytana Dias Hernandes (İspaniya)


48 kq, 1/8 final


Könül Əliyeva – Sevinç Murodova (Özbəkistan) / Kristina Dudina (Rusiya) cütünün qalibi ilə


52 kq, 1/16 final


Leyla Əliyeva – Taniştha Tokas (Hindistan)


52 kq, 1/8 final


Gültac Məmmədəliyeva – Şraddha Kadubal Çopade (Hindistan)


Xatırladaq ki, "Böyük Dəbilqə" turniri mayın 10-da başa çatacaq.