Avqustun 23-də Azərbaycan Həvəskar Futbol Federasiyasının (AHFF) müntəzəm 27-ci Ölkə Çempionatının final mərhələsində Ağcabədi və Cəlilabad rayonlarının komandaları üz-üzə gəlib. 

Rekord.az xəbər verir ki, maraqlı və gərgin mübarizə şəraitində keçən final qarşılaşmasında "Ağcabədi" FK rəqibinə heç bir şans verməyərək "Zəfər 44" komandasının qapısından 4 top keçirib. 

Rəqib komanda bu toplardan yalnız birinin əvəzini çıxa bilib. Qarşılaşma 4:1 hesablı nəticə ilə yekunlaşıb. 

Qeyd edək ki, qarşılaşma Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində yerləşən "Binə" stadionunda saat 16:30-da start götürüb.