Afrikanın üç ölkəsi Bakıda keçiriləcək DÇ üçün iştirak ərizəsi göndərib
- 17:40
- 44
Bu il Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı üçün ilkin iştirak ərizəsi göndərən ilk ölkələr müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, bunlar Anqola, Qvineya və Toqo yığmalarıdır.
Afrika ölkələri ilkin iştirak ərizəsinə müvafiq olaraq 3, 5 və 2 idmançının adını daxil ediblər.
Xatırladaq ki, dünya çempionatı oktyabrın 4-11-i aralığında Milli Gimnastika Arenasında baş tutacaq.