Ukraynanın "Minay" klubunun futbolçuları Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin Azərbaycan millisinə cəlb olunması istiqamətində sənədləşmə işləri davam edir.

Rekord.az xəbər verir ki, artıq hər iki futbolçunun Azərbaycan pasportu hazırdı.

Azərbaycana gəlməkdə bağlı qəti qərar verib Bakıya gəldikləri gün pasportlar onlara təqdim olunacaq. Bu isə hər iki futbolçunun Azərbaycan millisinin formasında meydançaya çıxması üçün heç bir problemin qalmayacağı deməkdir.