AFFA "Sumqayıt"ın sabiq futbolçusu Əmir Ağayevin Azərbaycan millisində oynamasında israrlıdır.

Rekord.az xəbər verir ki, "Sumqayıt"dan ayrılandan sonra Əmirin adı "Neftçi" və "Qarabağ"la hallansa da yekunda bu keçidlərin heç biri reallaşmadı və Ağayev Yunanıstana gedərək "Atromitos"lə müqavilə bağladı.

Lakin federasiya onu milliyə gətirməkdə israrlıdır. AFFA artıq İsrail vətəndaşı olan Əmirlə bağlı bütün sənədləri toplayaraq FİFA-ya göndərib. Millətlər liqasının startına kimi müsbət cavab gəlsə, Əmirə də rəsmi təklif göndəriləcək. 

Qeyd edək ki, Azərbaycan millisi "DÇ-2022"-nin seçmə oyunları çərçivəsində martın 24-də səfərdə Portuqaliya, 30-da isə evdə Serbiya ilə qarşılaşacaq