Azərbaycan millisinin yeni baş məşqçisinin kimliyini yeni yaradılacaq işçi qrupu müəyyən edəcək.

Rekord.az-a daxil olan məlumata görə, işçi qrupu yaradılmamış icraiyyə komitəsinin üzvülüri arasında haçalanma yaranıb.

Federasiyaya yaxın mənbədən saytımıza daxil olan məlumata görə, komitə üzvlərinin yarısı yerli, yarısı isə əcnəni məşqçinin tərəfdarıdır. AFFA prezidenti Rövnəq Abdullayev və baş katib Sərxan Hacıyev yerli məşqçinin tərəfdarıdır. Digər vitse-prezident, həmçinin futbol veteranı Vaqif Sadıqov da millinin yerli məşqçinin çalışdırmasını istəyir. Digər futbol veteranları İsgəndər Cavadovla Kazbek Tuayev də yerli məşqçinin tərəfdarıdır. Lakin vitse-prezidentlər Elşad Nəsirov, Rauf Əliyev, eləcə də İK üzvləri Zaur Axundov, Elxan Tağızadə isə israrla əcnəbi məşqçinin tərəfdarıdır.