AFFA Ağsu şəhər stadionunu satışa çıxarmaq istəyir.

Rekord.az xəbər verir ki, buna səbəb arenanın xərclərindən yaxa qurtarmaqdır.

Bildiyiniz kimi, bu stadion məhz federasiyanın dəstəyi ilə tikilib. Daha sonra yeni yaranan “Ağsu” komandası burada ev oyunlarını keçirib. Lakin adı çirkin qalmaqallarda hallandığı üçün sözügedən komanda fəaliyyətini dayandırandan sonra stadion da boş qalıb. Bir ara “Ağsu City” ev oyunlarını burada keçirmək istəsə də arena rəhbərliyi buna imkan verməmişdi. Daha sonra guya stadionun təmirə bağlandığına dair məlumatlar yayıldı. Lakin nə təmir var, nə də təslim. Heç komanda da yoxdur. Ona görə, AFFA SOCAR-dan gələn vəsaitə qənaət etmək üçün stadionu satmaq haqda fikirləşir. Lakin məsələnin nə dərəcədə reallaşıb, reallaşmayacağını zaman göstərəcək.