
Abdullazadənin debütu yenə baş tutmadı
- 12:30
- 34
Xorvatiya çempionatında 2-ci turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Rüfət Abdullazadənin formasını geydiyi “Varajdin” səfərdə “Slaven Belupo”nun qonağı olub.
24 yaşlı yarımmüdafiəçinin adı matçın iştirak ərizəsinə daxil edilsə də, onun yeni klubunda rəsmi debütu yenə baş tutmayıb. Rüfət matçı əvvəldən sona kimi ehtiyat oyunçular skamyasından izləyib.
Onun yoxluğunda komandası 1:3 hesabı ilə uduzub.
2 turdan sonra 1 xalı olan “Varazdin” 10 komanda arasında 7-ci pillədə qərarlaşıb.