Azərbaycan döyüşçüsü Nəriman Abbasov “Fight Nights Global”da yüngül çəkidə növbəti görüşünə çıxacaq. 

Rekord.az xəbər verir ki, 26 yaşlı Abbasov çempionluq kəmərini qorumaq üçün Rusiya təmsilçisi Mixail Qoqitidze ilə üz-üzə gələcək. 

Sentyabrın 25-də keçiriləcək döyüş saat 18:00-da başlayacaq.