A Seriyasında ötən ayın ən yaxşı baş məşqçisi açıqlandı
- 09 Yan 2026 21:00
- 40
Futbol üzrə İtaliya A Seriyasında ötən ayın ən yaxşı baş məşqçisi açıqlanıb.
Rekord.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Bu ada "İnter" klubunun baş məşqçisi Kristian Kivu layiq görülüb.
45 yaşlı mütəxəssisin rəhbərlik etdiyi kollektiv 2025-ci ilin dekabrında İtaliya çempionatında üç oyun keçirib. Milan təmsilçisi "Komo" (4:0), "Cenoa" (2:1) və "Atalanta"nı (1:0) məğlub edib.
"İnter" hazırda 42 xalla turnir cədvəlinə başçılıq edir.