2025-ci ildə beynəlxalq oyunlarda ən çox qol vurmuş futbolçu bəlli olub.


Rekord.az Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, İngiltərənin "Mançester Siti" klubunun və Norveç millisinin hücumçusu Erlinq Haland birinci pillədə qərarlaşıb.


25 yaşlı forvard ötən il beynəlxalq matçlarda 29 qola imza atıb. O, "şəhərlilər"in heyətində 12, yığmada 17 dəfə fərqlənib.


Almaniyanın "Bayern" klubunda çıxış edən İngiltərə millisinin oyunçusu Harri Keyn (23) bu göstəriciyə görə ikinci, İspaniya təmsilçisi "Real"ın formasını geyinən Fransa yığmasının hücumçusu Kilian Mbappe (22) üçüncü olub.