2-ci liqa komandalarının cəzası açıqlandı
- 13:20
- 32
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda 2-ci Liqanın 22-ci turu ilə bağlı aşağıdakı qərar qəbul edilib:
“Araz Saatlı” – “Göygöl” oyununda “Araz-Saatlı” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Araz Saatlı” komandası 70 manat cərimə edilib.
“Araz Saatlı” – “Göygöl” oyunu bitdikdən sonra “Araz-Saatlı” komandasının təhlükəsizlik üzrə meneceri Xəyal Məmmədov rəqib oyunçuları, hakimləri təhqir və təhdid etdiyinə görə 5 oyun cəza alıb, “Araz Saatlı” komandası 1000 manat cərimə edilib.
“Araz Saatlı” – “Göygöl” oyununda “Araz-Saatlı” komandasının 27 nömrəli futbolçusu Samir Məmmədov əvəzləndikdən sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəza alıb, “Araz Saatlı” komandası 1000 manat cərimə edilib.
“Araz Saatlı” – “Göygöl” oyununda “Göygöl” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Göygöl” komandası 70 manat cərimə edilib.
“Araz Saatlı” – “Göygöl” oyununun matçöncəsi iclasında “Göygöl” komandasının nümayəndəsi iştirak etmədiyinə görə “Göygöl” komandası 150 manat cərimə edilib.
“Şəmkir” – “Şirvan” oyununda “Şəmkir” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şəmkir” komandası 70 manat cərimə edilib.
“Şəmkir” – “Şirvan” oyununda “Şirvan” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Şirvan” komandası 70 manat cərimə edilib.