"Zaqatala": köhnə hamam, köhnə tas
- 11:00
- 56
Futbol ənənəsi olan Zaqatalada hələ ki susqunluqdu.
Rekord.az xəbər verir ki, yeni mövsümlə bağlı hələlik yeni heç nə yoxdur.
Baxmayaraq ki, yeni sponsor ümidi ilə aszarkeşlər hər gün yeni xəbər gözləyir. Əldə etdiyimiz məlumata görə, klub rəhbərliyi bu yöndə işlər aparır, dayanmadan yeni sponsor, yeni maliyyə qaynaqları axtarır. Lakin təəssüf ki, nə yerli iş adamları, nə də rayon rəhbərliyi bu işdə aktivlik göstərmir. Əgər yeni sponsor olmasa komanda yenə də AFFA-dan gələn dövlətin ayırdığı pulunu ümidinə qalacaq. Bu vəziyyətdə isə "Karvan", "Səbail", "Mingəçevir", "Xankəndi", "Baku Sportinq" kimi komandalara qarşı mübarizə aparmaq çətin olacaq.