“Kəpəz” nüfuzlu sərgidə iştirak edəcək
- 20:00
- 41
"Kəpəz" klubu Gəncədə ilk dəfə təşkil olunacaq Regional Expo Gəncə 2026-da iştirak edəcək.
Rekord.az xəbər verir ki, noyabrın 20-21-də Gəncə İdman Sarayında keçiriləcək bu nüfuzlu sərgi ölkəmizin regionlarında biznes ekosisteminin inkişafına töhfə vermək məqsədilə gerçəkləşəcək.
Tədbir sahibkarları, dövlət qurumlarını, investorları, yerli və beynəlxalq şirkətləri, startapları və biznesə dəstək təşkilatlarını eyni məkanda bir araya gətirəcək.
Tarixi köklərə malik "Kəpəz" klubu sərgi zamanı iştirakçılara real əməkdaşlıq təklifləri və xüsusi reklam imkanlarını təqdim edəcək.
Ümumi ziyarətçi sayının 15 minə qədər olacağı gözlənilən sərgi çərçivəsində məhsul və xidmətlərin təqdimatı ilə yanaşı, B2B və B2G görüşləri, investisiya və ixrac imkanlarının müzakirəsi, panel sessiyalar, forumlar və biznes əlaqələrinin qurulmasına yönəlmiş xüsusi proqramlar təşkil olunacaq.