“Sabah”la “Qarabağ”ın əvəzedicilərinin görüşü təxirə salındı
- 20:00
- 34
Azərbaycan U-19 milli komandasının Avropa çempionatının elit raunduna daha yaxşı hazırlaşması məqsədilə AFFA-nın müraciəti, klubların razılığı, Peşəkar Futbol Liqasının qərarı ilə Əvəzedicilər Liqasının 9-cu turunun 8 noyabrda baş tutmalı olan "Sabah" - "Qarabağ" oyunu təxirə salınıb.
Rekord.az xəbər verir ki, bu barədə PFL rəsmi saytı vasitəsilə məlumat yayıb.
Görüşün tarixi ilə bağlı əlavə məlumatlar veriləcəyi vurğulanıb.