Cüdo üzrə Qubadlı rayon turniri keçirilib
- 16:00
- 39
"8 Noyabr -Zəfər Günü"nə həsr olunan 2012-2013-cü il təvəllüdlü yeniyetmələr (oğlanlar) arasında cüdo üzrə açıq Qubadlı rayon turniri təşkil olunub.
Rekord.az xəbər verir ki, turnir noyabrın 1-də Qubadlı rayonu üzrə gənclər və idman sektoru və rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Hal kənd tam orta ümumtəhsil məktəbin idman zalında keçirilib.
Yarışın açılış və mükafatlandırma mərasimlərində Gənclər və idman sektorunun müdiri İslam Allahverdiyev və Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Cavanşir Əliyev iştirak ediblər.
Qaliblər Regional İdarənin diplom və medalları ilə təltif olunublar.