Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli oldu
- 19:30
- 37
Azərbaycanın qadın futbolçulardan ibarət millisinin 2027/2028 mövsümündə UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub.
Rekord.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçi olduğu komanda C Liqasının 2-ci qrupunda yer alıb.
Milli Latviya, Gürcüstan və Lixtenşteynlə eyni qrupda mübarizə aparacaq.
Qrup mərhələsinin oyunları bir ev və bir səfər matçı olmaqla dairəvi sistem üzrə keçiriləcək. 1-ci və 2-ci turların qarşılaşmaları 2027-ci il fevralın 23-dən martın 6-dək, 3-cü və 4-cü turların matçları aprelin 13-dən 24-dək, 5-ci və 6-cı turların görüşləri isə iyunun 7-dən 15-dək baş tutacaq. A Liqasının 4 qrup qalibi final mərhələsinə vəsiqə qazanacaq.