Premyer Liqanın 11-ci turu "Zəfər turu" adlandırılıb
- 15:40
- 37
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edilib.
Bu barədə "Rekord"a Peşəkar Futbol Liqasından (PFL) məlumat verilib.
PFL Vətən müharibəsində şanlı qələbənin 6-cı ildönümü ilə əlaqədar bu qərarı qəbul edib.
XI turun oyunlarından əvvəl stadionlarda Dövlət Himni səsləndiriləcək.
Xatırladaq ki, XI turun matçları noyabrın 6-8-də keçiriləcək.