Zəngilanda turnir keçirilib
- 10:30
- 40
Zəngilan rayonu Ağalı kəndində “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan kəndirlə mübarizə üzrə turnir təşkil olunub.
Rekord.az xəbər verir ki, turnir noyabrın 3-də Şərqi Zəngəzur Regional Gənclər və İdman, Şərqi Zəngəzur Regional Təhsil İdarələrinin birgə təşkilatçılığı ilə 8-11-ci sinif şagirdləri (qarışıq) arasında keçirilib.
Yarışın açılış və mükafatlandırma mərasimlərində Regional Gənclər və İdman İdarəsinin rəis müavini Mübariz Bəşirov iştirak edib. Yekun nəticəyə əsasən: 1-ci yer – "Zirvəyə doğru" komandası, 2-ci yer – "Gələcəyin liderləri" komandası, 3-cü yer – "Zəfər qartalları" komandası.
Qaliblər Regional İdarələrin diplom və medalları ilə təltif olunublar.