Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazandı
- 17:30
- 37
Azərbaycan paralimpiyaçısı Aysel Əhmədli Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 16-cı WSF Şotokan karate üslubu üzrə Avropa çempionatının qalibi olub.
Bu barədə Rekord.az-a Azərbaycan Milli Paralimpiya Komitəsindən bildirilib.
O, parakarate yarışlarının K10 kateqoriyasında qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.