Azərbaycan – Çexiya matçını italiyalı hakimlər idarə edəcək
- 14:00
- 39
Futzal üzrə DÇ-2028-in əsas mərhələsinin Azərbaycan – Çexiya matçını İtaliyadan olan hakimlər briqadası idarə edəcək.
Rekord.az xəbər verir ki, 12-ci qrupun qarşılaşmasında baş hakim Kiara Perona olacaq.
Ona Martina Pikkolo və Simone Zanfino kömək edəcəklər. Matçın "Timekeeper"i İmran Məhərrəmov, hakim-inspektoru niderlandlı Viktor van Helvoirt, UEFA nümayəndəsi isə belaruslu Andrey Medvedev olacaq.
Azərbaycan – Çexiya görüşü noyabrın 5-də, saat 16:00-da Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcək.