“Turan Tovuz”da serb müdafiəçi
- 15:00
- 35
“Turan Tovuz” növbəti transferini rəsmiləşdirib.
Rekord.az xəbər verir ki, Tovuz klubu Filip Damyanoviçi heyətinə qatıb.
Serbiyalı müdafiəçi ilə 2 illik müqavilə bağlanıb. Son olaraq Sloveniya təmsilçisi “Koper”in şərəfini qoruyan 28 yaşlı futbolçu vətənində “İMT Novi Beoqrad”, “Vojdovats”, Türkiyədə “Konyaspor”un formasını geyinib.