Qadın voleybolçular arasında Azərbaycan çempionatında daha bir oyun baş tutub. "Rekord.az" xəbər verir ki, bu gün Super Liqanın 1-ci turundan təxirə salınmış UNEC - "DH Volley" qarşılaşması keçirilib.

UNEC VK-nın idman zalında təşkil olunan görüş qonaqların üstünlüyü ilə keçib. "DH Volley " 3 set davam edən matçda quru hesablı qələbəni qeyd edib.

Qeyd edək ki, Super Liqada növbəti qarşılaşma sabah  keçiriləcək. Gəncə İdman Sarayında II tur çərçivəsində  baş tutacaq oyunda  "Gəncə" klubu "Naxçıvan"nı qəbul edəcək. Bu qarşılaşma saat 16:00-da başlayacaq.


Super Liqa 

13 noyabr 

I tur (təxirə salınan oyun)

    UNEC - "DH Volley" 0:3 (24:26, 12:25, 15:25)