AFFA-nın təşkil etdiyi U-13 Liqasında 2021/22 mövsümünün qalibi müəyyənləşib.

Rekord.az xəbər verir ki, Liqanın final oyununda “Neftçi” komandası ilə qarşılaşan “Sumqayıt” rəqibini 1:0 hesabı ilə məğlub edərək qızıl medallara sahib olub.

Üçüncü yer uğrunda oyunda isə “Kəpəz” və “Şamaxı” komandaları üz-üzə gəlib. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Penalti seriyasını daha dəqiq yerinə yetirən “Kəpəz” mövsümü üçüncü pillədə başa vurub.

Final qarşılaşmasından sonra mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayıov və Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinin rəisi Yusif Vəliyev təqdim ediblər. “Neftçi” komandasının üzvü Səttar Tahirzadə “feyr-pley” mükafatına layiq görülüb. Qalib komandalar diplom və medallar, çempion “Sumqayıt” komandasına isə çempionluq kuboku təqdim edilib.