Azərbaycan yığmalarından uğurlu start
- 19:40
- 34
Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə start veriblər.
Rekord.az xəbər verir ki, kişilərdən ibarət komanda 1-ci turda Mərakeş seçməsinə qalib gəlib - 4:0.
Yığma üzvlərinin hamısı - Aydın Süleymanlı, Məhəmməd Muradlı, Eltac Səfərli və Rauf Məmmədov partiyalarını qələbə ilə başa vurublar.
Qadınlardan ibarət millimiz isə ilk turda Qvatemaladan güclü olub. Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova partiyalarını qələbə ilə başa vurublar. Günay Məmmədzadənin görüşü davam edir. Lakin bu, millinin nəticəsinə təsir etməyəcək.
Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq və sentyabrın 27-də başa çatacaq. Turnirdə 208 komandanın heyətində 1032 şahmatçı iştirak edir.