İlqar Nadirinin "Gəncəbasar" planı"
- 13:00
- 39
I Liqanın iddialı komandalarından olan "Gəncəbasar" transfer çalışmaları çərçivəsində Derek Osei ilə müqavilə bağlayıb.
Rekord.az xəbər verir ki, klub rəhbərliyi bundan sonra da legioner transferinə üstünlük verməyi düşünür.
Klubun əsas idarəçilərindən olan İlqar Nadiri qışda məhz legionerlərin hesabına komandanı daha da gücləndirməyi düşünür. Hədəf Premyer Liqaya vəsiqə qazanmaqdı. Bu arada, "Kəpəz"in sabiq rəhbəri keçmiş "Kəpəz"çiləri də ətrafına toplayır. Artıq "Kəpəz"in sabiq mətbuat katibi Azad Mustafayev də "Gəncəbasar"da çalışacaq. Əldə etdiyimiz başqa bir məlumata görə, komanda Premyer Liqaya vəsiqə qazansa, Tərlan Əhmədov baş məşqçi postuna əsas namizəd olacaq.