“Neftçi” 1000-ci oyununa çıxacaq – VİDEO
- 18:00
- 31
Azərbaycan Premyer Liqasının 6-cı turu “Neftçi” üçün əlamətdar olacaq.
Rekord.az xəbər verir ki, “ağ-qaralar” “Qəbələ” ilə qarşılaşmada ölkə çempionatlarında 1000-ci oyununa çıxacaq.
Peşəkar Futbol Liqası da bununla bağlı xüsusi süjet hazırlayıb. Süjetdə “Neftçi”nin veteran futbolçusu, komandanın ölkə çempionatlarındakı ilk qolunun müəllifi Yunis Hüseynov, həmçinin, “ağ-qaralar”ın hazırkı kapitanı Emin Mahmudov fikirlərini bölüşüb.