"Xankəndi" çempionluq mükafatını hələ də ödəməyib
- 15:00
- 35
Ötən mövsüm II Liqada çempion olan "Xankəndi" klubu çempionluq üçün vəd olunan pul mükafatını hələ də ödəməyib.
Rekord.az xəbər verir ki, bu məlumatı komandadan ayrılan futbolçular verib.
Öncə bu mükafatın iyuna, daha sonra isə sentyabra qədər ödəniləcəyi deyilsə də, puldan hələ də əsər-əlamət yoxdur. Hətta komandadan ayrılan futbolçulara ümumiyyətlə, pul verilməyəcəyi deyilib.