AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının 5-ci turunda baş tutan "Araz-Naxçıvan" - "Turan Tovuz" matçında baş hakim Elçin Məsiyevin penalti qərarının yanlış olduğunu təsdiqləyib.

Rekord.az xəbər verir ki, o, bu barədə qurumun mətbuat xidmətinə açıqlamasında bildirib.


R.Həsənov FIFA referisini matçın 80-ci dəqiqəsində "Araz-Naxçıvan"ın hücumçusunun cərimə meydançasında qapıçı ilə toqquşaraq yıxılmasının penalti kimi dəyərləndirilməsinin səhv qərar olduğunu vurğulayıb.


"Kəpəz" - "Qəbələ" matçında isə bir epizodla bağlı hakim qərarı qaydalara uyğun olub.