Millimiz Moldovaya növbəti dəfə məğlub oldu
- 15:20
- 37
Azərbaycanın 19 yaşadək qız futbolçulardan ibarət millisi növbəti yoldaşlıq matçını keçirib.
Rekord.az xəbər verir ki, komandamız Moldova yığması ilə ikinci dəfə üz-üzə gəlib.
"Dalğa Arena"nın ehtiyat meydanında baş tutan görüş rəqibin 5:3 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, bu komandalar arasında sözügedən məkanda sentyabrın 14-də keçirilən və əsas vaxtı 2:2 hesabı ilə başa çatan görüşün penaltilər seriyasında (5:4) Moldova millisi qələbə qazanmışdı.