Türkiyə 1-ci Liqasında 25-ci turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki,  Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor" səfərdə "Ərzurumspor"la qarşılaşıb.

Matçda qalib müəyyənləşməyib – 1:1. Şeydayev 78-ci dəqiqədə meydana buraxılıb.

"Kocaelispor" 45 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.