nkBir vaxtlar ölkənin tanınmış klublarında çıxış etmiş və xüsusilə "Karvan"dakı çıxışları ilə yadda qalan Samir Abdulov Rekord.az-a müsahibə verib:




- Samir, işlərin necə gedir, koronaviruslu günləri necə keçirirsən?

- Çox sağ olun. Hamı kimi mən də idman yarışlarının, eyni zamanda futbolumuzun fəaliyyətinin bərpasını gözləyirəm.

- Hazırsa nə işlə məşğulsan? Eşitdiyimizə görə, "Sumqayıt" Futbol Akademiyasından ayrılmısan...

- Bəli, "Sumqayıt"ın U-12 komandasında baş məşqçi, U-17 komandasında isə köməkçi məşqçi kimi çalışırdım. İşimə də həvəslə başlamışdım. Təəssüf ki, şəxsi problemlər işimi davam etdirməyə imkan vermədi. Hazırda işsizəm. Amma yayda yenidən "Sumqayıt"a dönməliyəm. Rəhbərliyin də mənə hörməti və etimadı var Riad Rəfiyevə öz minnətdarlığımı bildirirəm.

- "Sumqayıt" Futbol Akademiyasından söz düşmüşkən, akademiyaya yeni təyin olunan koordinator Hakan Sunal barədə nə deyə bilərsən?

- Düzgün və doğru təyinatdı. Hakan Sunal çox savadlı, nikbin, pozitiv və çalışqan biridir. Bizim belə mütəxəssislərə ehtiyacımız var. Nə qədər imkan var, onun təcrübəsindən istifadə etməliyik. Hər halda, bu, mənim şəxsi fikrimdi.

- Futbol statistikanı vərəqləsək, bir sıra tanınmış klublarda oynamısan. Sənin üçün hansı maraqlı və yaddaqalan məqamlar olub?

- Futboldakı gözəl, maraqlı anlardan çox danışmaq olar. Məsələn, "Karvan"ın heyətində gənc yaşda avrokuboklarda oynamaq, ölkənin adını, bayrağını təmsil etmək... Bu yaxınlarda "CBC Sport"da Pərviz Musayevin təqdimatında yenidən yada düşdük...


- Həqiqətən də karyeranın ən parlaq dövrü "Karvan"la bağlı olub. Hər şeyin yaxşı getdiyi bir vaxtda Yevlax klubundan niyə ayrıldın?

- Əvvəla onu deyim ki, "Karvan" ailəsinə çox minnətdaram. Rəhbərlikdən tutmuş, Yevlax camaatına kimi hər kəsə. "Karvan" bambaşqa klub idi. Sualınıza gəlincə, futbolçu həyatı çox qısadır. Oynamaqla yanaşı həyat tərzini yaxşılaşdırmalı, qazanc əldə etməlisən. Məndə isə bu mənada işlər yaxşı deyildi. Evvela onu deyim, ki, Karvan ailesine cox minnetdaram. Bu ailede hamini nezerde tuturam. Rehberlikden tutmus Yevlax camaaatinadek. Bambasqa klub idi… Sualiniza gelince futbolcu heyati cox qisadi. Oynamaqla yanasi heyat terzini yaxsilasdirmaq ucun qazanc elde etmelisen. Mende ise bu amil pis idi. Oynayan da mən idim, ən az qazanan da. Həmin ərəfədə universitetdə təhsil alırdı. Onu da deyim ki, mən özüm də ixtisasca jurnalistəm. 608 balla bu faklütəyə daxil olub 4 il təhsil almışam. Məşqlərə görə dərsə gedə bilmədiyimdən məndən ayrıca pul istəyirdilər. Çox çətin  idi mənim üçün. Aldığım maaş ehtiyaclarımı ödəməyə imkan vermirdi. Buna baxmayaraq, "Karvan" da qalmağı üstün tutdum. Baxmayaraq ki, digər klublardan daha yüksək məbləğdı müqavilə təklifləri alırdım. Bir dəfə vəziyyəti izah edib rəhbərlikdən maaşımın qaldırılmasını xahiş etdim. Özləri də bilirdilər ki, təkliflərim var. Təəssüf ki, müraciətim cavabsız olduğundan "Karvan"dan ayrılmalı oldum. Lakin müqaviləm olduğu üçün "Karvan"a 60 min dollar ödəməli idim. Mən də bu məbləği ödəyib icarə əsasında "MKT Araz"-a getdim. İmişli təmsilçisi ilə təlim-məşq toplanışına da getdim. Lakin qayıdandan sonra məlum oldu ki, komanda dağılır. Başqa kluba keçmək variantı olsa da "Karvan" icazə vermədi. Zəng vurub dedilər ki, bizə məxsussan və ger dönməlisən. Amma nə qədər cəhd etsəm də ödədiyim 60 min dolları geri ödəmədilər. Belə deyək, nə pulumu verdilər, nə də başqa kluba keçidimə imkan verdilər.  Demək olar ki, 6 ay futbol oynamadım. Halbuki Şahmar Vəliyevin ən çox bəyəndiyi futbolçulardan biri olmuşam. Amma nə pulumu aldım, nə də futbol oynadım. Bu gün də həmin haqqımın qaytarılacağına ümidimi itirmirəm. Çünki bu məbləğ mənim halal haqqımdı. Şahmar müəllim mənə qarşı hər zaman yaxşı olub. Bunları heç vaxt unutmaram. Bu gün "Karvan" yoxdur, amma Şahmar müəllim var. Çox istəmişəm onunla görüşüm, amma qapılar üzümə bağlı olub. Ümid edirəm ki, bu müsahibədən sonra səsimə səs verəcək. Qoy, özü mənə desin ki, sənin haqqın yeyilməyib.

- Yəni pulunun geri dönəcəyinə hələ də ümidin var...

- Şahmar müəllim yüzlərlə ehtiyacı olan ailəyə çörək verən şəxsdir. Bu gün də bu xeyirxah işini davam etdirir. Ümid edirəm məni də razı yola salacaq. Çünki o,"Karvan" üçün hər şey etmişdi. O cür klub, baza, infrastruktur yaratmışdı. Heyf "Karvan"dan.

- Gələklə bağlı başqa hansı planların var?

- Artıq məşqçilik fəaliyyəti ilə məşğulam. Oğlumun adına "Raul" FK yaratmışam. Məqsədli biriyəm. Azərbaycan futbolunda Qurban Qurbanov, Rəşad Sadıqov, Füzuli Məmmədov, Samir Abasov kimi məşqçilər var. Mən də onlar kimi özümü sübut etmək istəyirəm. Özümə inamım da böyükdür. Hər halda, zaman hər şeyi göstərəcək. Sonda hamıya sevdiyi sənətlə məşğul olmağı tövsiyyə edirəm. Mənimlə maraqlandığı üçün Rekord.az ailəsinə də dərin təşəkkürümü bildirirəm. 

 

Anar XANLAROV