İspaniya qran-prisinin qalibi bəlli oldu
- 20:46
- 33
"Mercedes"in italiyalı pilotu Kimi Antonelli "Formula 1" üzrə İspaniya qran-prisinin qalibi olub.
Rekord.az xəbər verir ki, yarış "Madring" şəhər trasında keçirilib.
Finişə ikinci olaraq "Red Bull"dan niderlandlı Maks Ferstappen çatıb, liderlər üçlüyünü isə "McLaren"dən britaniyalı Lando Norris tamamlayıb.
İspaniya qran-prisi ilk dəfə Barselonada deyil, Madriddə keçirilib.
Növbəti mərhələ sentyabrın 24-dən 26-dək Bakıda baş tutacaq.