Üç şahmatçımız üçün Qazaxıstan sınağı
- 17:00
- 22
Azərbaycanın üç təmsilçisi noyabrın 20-28-də Qazaxıstanın Türküstan şəhərində Türk Şahmat Assosiasiyasının təşkilatçılığı ilə kişi və qadınlar arasında keçiriləcək çempionatda iştirak edəcək.
Rekord.az xəbər verir ki, yarışda 7 ölkədən şahmatçı mübarizə aparacaq. Turnir FİDE qaydalarına uyğun, 14 turdan ibarət dairəvi sistemlə (2 dövrə) təşkil olunacaq.
Kişilərin və qadınların yarışında Azərbaycanı müvafiq olaraq Nicat Abasov və Gövhər Beydullayeva təmsil edəcək.
Çempionat günlərində həm də veteranlar arasında yarış baş tutacaq. Bu turnirdə Vüqar Bayramov çıxış edəcək.