Oğuzda şahmat turniri
- 10:30
- 16
Oğuz rayonunda Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz rayonu üzrə gənclər və idman sektorunun, Yeni Azərbaycan Partiyası (YAP) Oğuz rayon təşkilatının və Oğuz Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə həvəskarlar arasında şahmat idman növü üzrə rayon turniri keçirilib.
Rekord.az xəbər verir ki, turnirdə ümumilikdə 28 nəfər iştirak edərək öz bilik və bacarıqlarını nümayiş etdirib.
Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda iştirakçılar qalibiyyət uğrunda mübarizə aparıblar. Yarışın sonunda qaliblər müəyyənləşdirilib. Qaliblərə YAP Oğuz rayon təşkilatı tərəfindən qiymətli hədiyyələr, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi tərəfindən isə diplom və medallar təqdim olunub. Turnirin keçirilməsində əsas məqsəd şahmat idman növünün təbliği, əhali arasında bu idman növünə marağın artırılması, intellektual bacarıqların inkişaf etdirilməsi və həvəskar şahmatçılar arasında sağlam rəqabət mühitinin yaradılması olub.