AFFA İntizam Komitəsinin iclası keçirilib.


Futbolinfo.az xəbər verir ki, iclasda 2-ci liqanın 11-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:


“Ağstafa Gəncləri”– “Difai” oyununda “Ağstafa Gəncləri” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə “Ağstafa Gəncləri” komandası 150 manat cərimə edilib.


“Zəngəzur”– “Hypers” oyununda “Hypers” komandasında 6 nəfər sarı vərəqə aldığı üçün “Hypers” komandası 70 manat cərimə edilib.


“Kür-Araz”– “Qaradağ Lökbatan” oyunu Təcili Tibbi Yardım avtomobilinin olmaması səbəbindən gec başladığına görə “Kür-Araz” komandası 200 manat cərimə edilib.


“Dinamo”– “Şəmkir” oyunu “Dinamo” komandasının formasında problem olması səbəbindən gec başladığına görə “Dinamo” komandası 150 manat cərimə edilib.


“Dinamo”– “Şəmkir” oyununda “Şəmkir” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Şəmkir” komandası 70 manat cərimə edilib.