“Həyatımın ən xoşbəxt günlərindən birini yaşayıram” - VİDEO
- 23:00
- 15
Peşəkar Futbol Liqası tərəfindən Xankəndiyə dəvət olunan veteran futbolçu Emin Salmanov “Xankəndi” – “Karvan-Yevlax” oyunu öncəsi təəssüratlarını bölüşüb.
Rekord.az xəbər verir ki, o, qurumun rəsmi saytına açıqlamasında bunları söyləyib:
“38 ildən sonra doğma şəhərdə, doğma stadionda olmaq çox qürurvericidir. Hazırda həyatımın ən xoşbəxt günlərindən birini yaşayıram. Mən 7 yaşımdan 17 yaşıma qədər bu stadionda məşq etmişəm, oyun oynamışam. Həmin vaxt daxili çempionatda iştirak edirdik, çox yaxşı komandamız vardı. 20-25 nəfər içində cəmi 3 nəfər azərbaycanlı idik, amma yenə də çox xoş xatirələrimiz olub. Şəhərimizi Azərbaycanda təmsil etmişik.
Bu şəhərin hər qarışı mənə doğmadır. Bu stadiondan bir az yuxarıda – heç 1 kilometr olmaz, ovaxtki 9 nömrəli məktəbin yanında evimiz yerləşirdi. Uşaq olsaq da, idmana, futbola çox həvəsli və meyilli idik. Çoxlu məşq edirdik. Bu səbəbdən də diqqət cəlb etmişdik və bizi komandaya seçmişdilər. Gözəl xatirələrimiz var”.